Arif Quliyevin ölüm xəbəri yayıldı - TƏBİB-dən AÇIQLAMA

Arif Quliyevin ölüm xəbəri yayıldı - TƏBİB-dən AÇIQLAMA

Hazırda oxunan: Arif Quliyevin ölüm xəbəri yayıldı - TƏBİB-dən AÇIQLAMA

19218

Bir müddət əvvəl koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilən Xalq artisti Arif Quliyevin vəfat etməsi barədə xəbər yayılıb.

Bizim.Media xəbər verir ki, aktyorun ötən gün dünyasını dəyişdiyi bildirilib.

Hətta Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə post paylaşaraq Xalq artistinin ailəsinə başsağlığı verib.
 

MÖVZU İLƏ BAĞLI:

Arif Quliyev xəstəxanaya yerləşdirildi - Vəziyyəti olduqca ağırdır - FOTO


Bizim.Media TƏBİB-lə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirib. Bildirilib ki, sənətkarın dünyasını dəyişməsi ilə bağlı yayılanlar məlumat yalandır. 

Aktyorun oğlu Rövşən Quliyev isə atasının səhhətinin nisbətən normallaşdığını deyib. O, A.Quliyevin süni tənəffüs cihazına qoşulu vəziyyətdə olduğunu söyləyib.

Qeyd edək ki, A. Quliyev bir neçə gün bundan əvvəl koronavirusa yoluxub. Onun vəziyyətinin ağırlaşdığı və “Yeni Klinika”ya yerləşdirildiyi bildirilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO