Emin Əmrullayevdən Qarabağ Universiteti ilə bağlı MÜHÜM AÇIQLAMA 

Emin Əmrullayevdən Qarabağ Universiteti ilə bağlı MÜHÜM AÇIQLAMA 

Hazırda oxunan: Emin Əmrullayevdən Qarabağ Universiteti ilə bağlı MÜHÜM AÇIQLAMA 

192172

“Bilik yarışlarında iştirak edən şagirdlərin sayı artır. Bu, çox sevindirici haldır. Respublika fənn olimpiadalarında iştirak edən şagirdlərin sayı artıq 40 minə yaxındır”.

Bizim.Media xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev Ümumilli lider Heydər Əliyevin anadan olmasının 101-ci il dönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsaqibəsi qaliblərinin mükafatlandırılması mərasimində deyib. 

Nazir qeyd edib ki, təbii ki, Nazirliyin yeganə işi bu deyil:

“Bizim əsas məqsədimiz abituriyentlərin qəbul imtahanlarında topladığı ballar deyil, onların əsl vətəndaş kimi yetişmələridir. Bilik yarışlarında iştirak etmək çox önəmlidir. Ən istedadlı şagirdlərimizin bu yarışda iştirak etməsi, onu göstərir ki, onlar fənnlərlə yanaşı, şagirdlərimiz öz tarixlərini də gözəl bilirlər. Müsabiqə qaliblərini təbrik edirəm. Bu müsabiqəyə qatılan hər bir azərbaycanlı qalibdir”.

Emin Əmrullayev Qarabağ Universiteti ilə bağlı da danışıb:

“Bir neçə aydır ki, Qarabağ Universitetinin bərpası istiqamətində işlər aparırıq. Biz yeni universitet yaratmırıq, Qarabağda olan ənənələri davam etdiririk. Qarabağ Universiteti aylardır ki, təmir olunur. Təbii ki, ali təhsil müəssisəni qurmaq üçün aylar yox, illər lazımdır. Lakin mən düşünürəm ki, universitetin keyfiyyətini formalaşdıran məhz onun tələbələridir. Buna görə də mən fürsətdən istifadə edib, müsabiqə qaliblərini Qarabağ Universitetinin tələbəsi kimi görməyi arzu edirəm”.  

Nuranə Daxilqızı, Nicat Niftəliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO