Xəbər verdiyimiz kimi mayın 14-də prezident Vladimir Putin Rusiya Federasiyası Hökumətinin yeni tərkibini təsdiqləyib.
Bizim.Media xəbər verir ki, az əvvəl Putin Rusiya hökumətinin yeni təsdiq edilmiş tərkibi ilə Kreml sarayında görüş keçirib.
Rusiya lideri yeni nazirləri salamlayaraq, onlara təyinatlarında uğurlar arzulayıb.
Dövlət başçısı həmçinin bildirib ki, keçmiş qubernatorlar arasından seçilən yeni nazirlərin öz bacarıqlarından maksimum səmərəli istifadə edəcəklərinə ümid edir.
Bundan başqa, prezident qeyd edib ki, hökumətdən gedən sabiq nazirlərin mükafatlandırılması ilə bağlı artıq sərəncam imzalayıb və onlarla mayın 15-i çərşənbə günü görüşəcək.
Bizim.Media