Əfsanəvi futbolçu iki qadına hücum etdi - FOTO

Əfsanəvi futbolçu iki qadına hücum etdi - FOTO

Hazırda oxunan: Əfsanəvi futbolçu iki qadına hücum etdi - FOTO

19200

“Mançester Yunayted”in əfsanəvi futbolçusu, hazırda isə Uels yığmasının baş məşqçisi olan Rayan Qiqz iki qadına hücum etməkdə ittiham olunub.

Bizim.Media xəbər verir ki, bu barədə “The Sun” nəşri Briytaniya Kral prokurorluq xidmətinə istinadən məlumat yayıb.

Eks-futbolçu öz keçmiş rəfiqəsi Keyt Qrevvilə bədən xəsarətləri yetirməkdə günahlandrılır. Ötən ilin noyabr ayında Qiqzin Vorslidəki evində baş vermiş insident zamanı 20 yaşlı digər bir xanım da xəsarət alıb.

Baş məşqçi ittihamla əlaqədar saxlanılıb və girov müqabilində sərbəst buraxılıb. Ondan aprelin 28-də Mançester və Solfordun magistral məhkəməsinə gəlməsi barədə iltizam alınıb.

Məsələ ilə bağlı Uels Futbol Federasiyası bəyanat yayaraq, Rayan Qiqzin AVRO-2020 zamanı komandaya rəhbərlikdən kənarlaşdırıldığını bildiriib. Onu bu vəzifədə Robert Peyc əvəz edəcək. (Sportinfo)

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO