Türkiyənin məşhur teatr aktrisası Ayten Gökçer dünyasını dəyişib.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, sabah 2009-cu ildə vəfat etmiş əri, teatr aktyoru Cüneyt Gökçerin yanında dəfn olunacaq.
Qeyd edək ki, 84 yaşlı aktrisa bir çox məşhur film və seriallarda da rol alıb. O, kino karyerasına 1965-ci ildə Ajda Pekkan, Erol Taş, Gönül Yazır, Metin Oktayın da rol aldığı “Taçsız kral” filmi ilə başlayıb.
Gölçer 1999-cu ildə lentə alınmış “Yılan hikayesi” serialında da oynayıb. Karyerası ərzində bir sıra mükafatlara layiq görülüb.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
10:44 / 14.05.2024
Türkiyəli aktrisa vəfat etdi - FOTO
Hazırda oxunan: Türkiyəli aktrisa vəfat etdi - FOTO
Hazırda oxunan: Türkiyəli aktrisa vəfat etdi - FOTO
191971
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.