"Qalatasaray" yayda müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi "Real"da çıxış edən David Alabanı transfer etmək istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
"Sarı-qırmızılar" mövsüm bitdikdən sonra 31 yaşlı mərkəz müdafiəçisi üçün İspaniya klubun ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, David Alaba 2021-ci ilin yayında "Bavariya" ilə müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə "Real"a keçib. Avstriya millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.
Onun klubla müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Rəşad Rafiqoğlu, Bizim.Media
![“Qalatasaray” “Real”ın ulduz futbolçusunu transfer etmək istəyir “Qalatasaray” “Real”ın ulduz futbolçusunu transfer etmək istəyir](https://bizim.media/file/articles/2024/05/13/1715629366_screenshot-2024-05-13-234158.png)
- A-
- A
- A+
İdman
23:34 / 13.05.2024
“Qalatasaray” “Real”ın ulduz futbolçusunu transfer etmək istəyir
Hazırda oxunan: “Qalatasaray” “Real”ın ulduz futbolçusunu transfer etmək istəyir
Hazırda oxunan: “Qalatasaray” “Real”ın ulduz futbolçusunu transfer etmək istəyir
191920
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.