Akrobatlarımız beynəlxalq turnirdə qızıl medal qazandı

Akrobatlarımız beynəlxalq turnirdə qızıl medal qazandı

Hazırda oxunan: Akrobatlarımız beynəlxalq turnirdə qızıl medal qazandı

191721

Akrobatika gimnastikası üzrə gənclərdən ibarət Azərbaycan yığması “Acro Cup” adlı beynəlxalq yarışda uğurlu çıxış edib. 

Bizim.Media xəbər verir ki, millimiz Bolqarıstanın Burqas şəhərində keçirilən yarışda çoxnövçülükdə qızıl medal qazanıb. 

Zəhra Rəşidova, Anahita Bashiri və Nəzrin Zeyniyevadan ibarət üçlük uğurlu çıxış edərək, fəxri kürsünün ən yüksək pilləsində yer alıb.
Sabir Ağayev və Milana Əliyevadan ibarət qarışıq cütlük və Murad Rəfiyev-Daniel Abbasov kişi dueti finala vəsiqə qazanıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO