İsrail Ordusunun Qəzzada daha 5 hərbçisi həlak oldu

İsrail Ordusunun Qəzzada daha 5 hərbçisi həlak oldu

Hazırda oxunan: İsrail Ordusunun Qəzzada daha 5 hərbçisi həlak oldu

191675

Qəzza sektorunda HƏMAS-a qarşı aparılan hərbi əməliyyatda İsrail Ordusunun daha bir hərbçisi həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb.

Qeyd edilib ki, “Naxal” briqadasının döyüşçüsü 20 yaşlı Ariel Tsimm Qəzza şəhərinin Zeytun rayonunda HAMAS silahlıları ilə atışmada ölüb.

O, son iki gündə “Naxal” briqadasının həyatını itirən 5-ci hərbçisidir. Mayın 11-də briqadanın 4 döyüşçüsü bu məkanda baş verən partlayışda həlak olub.
Beləliklə, Qəzza sektorunda quru əməliyyatı başlayandan bu günə qədər İsrail Ordusu 272 hərbçisini itirib. Ümumilikdə, keçən ilin payızında Qəzza sektorunda vəziyyətindən gərginləşməsindən sonra ötən dövr ərzində İsrail Ordusu 620 hərbçisini itirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO