Varşavada iri ticarət mərkəzi yanaraq külə döndü - VİDEO

Varşavada iri ticarət mərkəzi yanaraq külə döndü - VİDEO

Hazırda oxunan: Varşavada iri ticarət mərkəzi yanaraq külə döndü - VİDEO

191665

Polşanın paytaxtı Varşavanın şimalındakı ticarət mərkəzində yanğın baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Polşa KİV-i yanğınsöndürənlərə istinadən məlumat yayıb.

Yanğının söndürülməsinə 150 yanğınsöndürən cəlb olunub.

Alovun yayılması lokallaşdırılsa da, tamamilə yanan binaya hələlik daxil olmaq mümkün deyil.
İlkin məlumata görə, xəsarət alan olmayıb.

Polşa paytaxtının ətraf rayonlarının və ətraf rayonların sakinlərinə evdə qalmaq və pəncərələri möhkəm bağlamaq tövsiyə olunub.

Belə ki, ticarət kompleksinin ərazisində sağlamlıq üçün təhlükəli ola biləcək kimyəvi maddələr saxlanılıb.
 


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO