Nadal “Rolan Qarros”da iştirak etməyəcək?

Nadal “Rolan Qarros”da iştirak etməyəcək?

Hazırda oxunan: Nadal “Rolan Qarros”da iştirak etməyəcək?

191630

Rafael Nadalın Rolan Qarros-2024-də çıxışı sual altındadır. 

Bizim.Media xəbər verir ki, bu barədə ispaniyalı tennisçi özü məlumat verib.

“Böyük Dəbilqə” turnirlərinin 22 qat qalibi Roma Masters turnirinin 2-ci mərhələsində mübarizəni dayandırıb. Nadal polşalı Hubert Hurkaça 1:6, 3:6 hesabları ilə uduzub. 

Oyundan sonra Rafael gələcək karyerası ilə bağlı suala cavab verib:

“Hələlik qərar qəbul etmək istəmirəm. İki yolum var. Məncə, “Rolan Qarros”da iştirak etməyə hazır deyiləm. Yarışın startına 2 həftə qalıb, vəziyyəti dəyişmək üçün bütün imkanlardan istifadə edəcəyik. Çox çətindir, məyusam, amma cəhd etməyə çalışacam”.

Qeyd edək ki, Nadal Rolan Qarrosda 14 dəfə qələbə qazanıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO