Gürcüstanda xarici agentlər haqqında qanuna qarşı etirazlar yenidən bərpa edilib.
Bizim.Media xəbər verir ki, etirazçılar Tbilisidə parlament binasının qarşısına toplaşıblar.
Mayın 13-də ölkə parlamenti hakim “Gürcü Arzusu-Demokrat Gürcüstan” partiyasının parlamentə təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə üçüncü oxunuşda baxacaq.
Qeyd edək ki, birinci oxunuşda qanun layihəsinin lehinə 83, əleyhinə 23 deputat səs verib.
Bizim.Media