Zığ şosesində sürət həddi endirilib

Zığ şosesində sürət həddi endirilib

Hazırda oxunan: Zığ şosesində sürət həddi endirilib

191595

Zığ şosesi (SABIS SUN Bəynəlxalq Məktəbinin yaxınlığı) şəhər istiqamətində aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır.

Bizim.Media xəbır verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Mətbuat xidmətindən bildirilib.

Sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən qeyd olunan istiqamətdə (təmir gedən hissəyə yaxın) zolaqda məhdudiyyət tətbiq edilib, iki zolaqda isə sürət həddi 20 və 10 km/saat endirilib.

Eyni zamanda məlumat sürət tablosunda "təmir işləri" xəbərdarlıq işarəsi qoyulub.

Sürücülərdən hərəkət zaman bu tablolara diqqət yetirmələri və sürət həddinə əməl etmələri xahiş olunur.

Xatırladaq ki, təmir gedən yolda sürət həddi zolaqlar üzrə müvafiq olaraq 110 və 90 km/saat olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO