Ziba Osmanova iki azyaşlını maşınla vurdu

Ziba Osmanova iki azyaşlını maşınla vurdu

Hazırda oxunan: Ziba Osmanova iki azyaşlını maşınla vurdu

191586

Mayın 8-də paytaxtın Suraxanı rayonu ərazisində iki azyaşlının vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media qafqazinfo-ya istinadən xəbər verir ki, azyaşlıları vuran “Changan” markalı avtomobili tanınmış müğənni Ziba Osmanova idarə edib.

Nəticədə azyaşlılar xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hazırda polis orqanında təhqiqat araşdırması aparılır. Müvafiq ekspertiza təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Qeyd edək ki, belə ağır hadisəyə baxmayaraq, müğənni instaqram hesabında paylaşımlarından geri qalmır, şənliklərdə oxuduğu zaman lentə alınan videoları izləyiciləri ilə bölüşür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO