Daha bir güləşçimiz olimpiadaya vəsiqə QAZANDI

Daha bir güləşçimiz olimpiadaya vəsiqə QAZANDI

Hazırda oxunan: Daha bir güləşçimiz olimpiadaya vəsiqə QAZANDI

191283

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Rafiq Hüseynov (87 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 

Bizim.Media xəbər verir ki, 35 yaşlı təcrübəli idmançı buna Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində finala vəsiqə qazanmaqla nail olub. 

O, yarımfinal mərhələsində gürcüstanlı Laşa Qobadzeyə qalib gəlib. 

Qeyd edək ki, daha əvvəl Murad Məmmədov (60 kq) olimpiya lisenziyasına sahib çıxıb. Beləliklə, Azərbaycan olimpiadaya 22-ci lisenziyanı qazanıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO