Kürdəmirdə DƏHŞƏT: Autizm sindromlu uşaq 4-cü mərtəbədən yıxıldı

Kürdəmirdə DƏHŞƏT: Autizm sindromlu uşaq 4-cü mərtəbədən yıxıldı

Hazırda oxunan: Kürdəmirdə DƏHŞƏT: Autizm sindromlu uşaq 4-cü mərtəbədən yıxıldı

191275

Qəbələdən Kürdəmirə qonaq gələn 5 yaşlı uşaq binanın 4-cü mərtəbəsindən yıxılıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonda məcburi köçkünlərin yaşadığı şəhərcikdə qeydə alınıb.

Belə ki, valideynin diqqətindən yayınan 2019-cu il təvəllüdlü Mustafazadə Nihat Nurlan oğlu yaşayış binasının 4-cü mərtəbəsindən yıxılıb. Valideynləri azyaşlını dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Həkimlər ona ilkin tibbi yardım göstəriblər. Amma azyaşlının vəziyyəti ağır olduğundan onun Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi planlaşdırılır.

Qeyd edək ki, azyaşlı autizm sindromlu uşaqdır.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bizim.Media, Aran bürosu

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO