Razi Nurullayev:

Razi Nurullayev: "Azərbaycanda mərd adamları qovub namərd etmə cəhdləri var"

Hazırda oxunan: Razi Nurullayev: "Azərbaycanda mərd adamları qovub namərd etmə cəhdləri var"

19126

Millət vəkili Razi Nurullayev haqqında böhtan xəbərlər yayan qalmaqallı bloger Mehman Hüseynovun hərəkətlərini şərh edib.

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında bildirib ki, Mehman Hüseynov mövzu tapmayanda insanları ləkələməyə başlayır. Bu artıq onda mərəz halını alıb:

“Azərbaycanda paxıllıq, gözügötürməmə problemi var. Birdə ki, mərd adamları qovub namərd etmə cəhdləri var. Ümumiyyətlə, bizdə insanlar çox qəribədir. Kimsə gedib şəhid ailəsini çəkib paylaşırsa, deyirlər ki, filankəs özünü reklamla məşğuldur. Kimsə sakitcə edəndə deyirlər ki, namərd adamdı, bir şəhid ailəsinə yardım etmir. Sosial şəbəkələr cəmiyyəti başqa bir yöndə tərbiyə edir. İnsanlar dünya görünüşünü “rastamoşka” etmədən klavyatura arxasında oturub nə istəyir onu yazır. Çünki sosial şəbəkələrdə senzura, “gözün üstə qaşın var” deyən yoxdur.
 

Cəmiyyətsə sosial şəbəkədə oxuduqarı xəbərlərin içinə baxmayaraq, haqqında informasiya gedən insanı tanıyıb tanımamaqlarından asılı olmayaraq, başlayır onu təhqir edib, söyməyə.


Bununla da hansısa səhifələrə baxış sayı, “layk” gəlir və kimlərsə pul qazanır. Onlar pul qazanacaq deyə kimlərsə qaralanıb, təhqir olunur. Geridə isə qazanan onlar, itirən isə cəmiyyət olur”.

Deputat bu cür hallara qarşı mütləq cəza mexanizminin tətbiqinin vacibliyindən də danışıb. O, bildirib ki, yoxsa Mehman Hüseynov kimiləri çox işdən çıxacaqlar:

“Bu cür halların qarşısını almaq üçün, sosial şəbəkələr haqqında qanun qəbul olunmalı, cəza mexanizmi tətbiq edilməlidir. Facebook-un, Youtube-un da nümayəndələri zəhmət çəkib gəlib Bakıda oturmalıdır ki, biz də bu cür situasiyalarla qarşılaşanda onlar müraciət edib, bu cür insanların bloklanmasını tələb edək.
 

Bundan başqa bu qanunla tənzimlənməlidir ki, dövlətin başçısına, xalqın yanında olan insanlara, dövlətin atributlarına, şəhidinə, qazisinə dil uzadanlar cəzasız qalmasın”. 


Qeyd edək ki, bir müddət əvvəl millət vəkili Razi Nururllayevlə avtomobil parkinqində çalışan yaşlı insanla şəkil çəkdirib, Facebook səhifəsində bölüşüb.

Bundan sonra bloger Mehman Hüseynov avtodayanacaq həmin nəzarətçisini tapıb, onunla həmsöhbət olub. O, iddia edib ki, R.Nurullayev olmayan hadisə haqqında yalan məlumat yayıb. Deputat isə öz növbəsində blogerin yalanını ifşa edərək, həmin o insanın görüntüsünü yenidən öz sosial şəbəkə hesabından yayımlayıb.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO