BİZİM TƏQVİM: 9 mayda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 9 mayda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 9 mayda baş vermiş tarixi hadisələr

191104

9 may faşizm üzərində Qələbə günüdür. Bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalan İkinci Dünya müharibəsi həmin gün SSRİ-nin qələbəsi ilə başa çatıb və faşizm süqut edib.

Azərbaycan faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz isə müxtəlif orden və medallarla təltif edilib.

İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Azərbaycan Berlinin alınması zamanı Almaniya səmasında cövlan edən 7 min hərbi təyyarənin yanacaq təchizatında da mühüm rol oynayıb.

Bəs, mayın 9-da dünyada daha nələr olub?

1.  9 may Rumıniya Müstəqillik Gününü qeyd edir. 

2.  Efiopiyanı işğal etdikdən sonra baş nazir Benito Mussolini 1936-cı ilin 9 mayında İtaliyanı Faşist İmperiyası elan etdi.

3.  9 may 1945-ci ildə Aleksey Semenkov Li-2 təyyarəsində Nasist Almaniyasının kapitulyasiya aktının nüsxəsini Berlindən Moskvaya çatdırııb.

4.  1950-ci ilin 9 mayında Fransanın xarici işlər naziri Robert Şuman  Fransa və Qərbi Almaniyada kömür və polad sənayesini bir dam altında birləşdirməyi təklif etdi. Bu təklif Avropa İttifaqının yaranmasının səbəbi oldu.

5.  9 may 1967-ci ildə əfsanəvi boksçu Məhəmməd Əli orduda xidmət etməkdən imtina etdiyinə görə ona qarşı ittiham irəli sürülüb və o, Dünya Boks Assosiasiyasının qərarı ilə dünya çempionu tutulundan məhrum edilib.

6.  1985-ci ildə Milan Zirvə Toplantısında Avropa ölkələri başçıları 9 may tarixini Avropa Günü olaraq qeyd etməyə qərar veriblər.

7.  1978-ci il martın 16-da “Qırmızı briqada” terror təşkilatı tərəfindən qaçırılan İtaliyanın baş naziri Aldo Moronun cəsədi 16 mayda Romada bir avtomobil baqajında tapılıb.

8.  9 may 2003-ci ildə Azərbaycan Respublikası Haiti ilə diplomatik əlaqələr qurub.

9.  2009-cü ilin bu günündə Bakıda Talassemiya Mərkəzi açılıb. Bu Mərkəz Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində yaradılıb. Talassemiya Mərkəzi bu xəstəliyə düçar olanlara həm tibbi, həm də mənəvi cəhətdən dəstək baxımından önəmli səhiyyə ocağıdır.

9 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1.  Bu gün böyük alman yazıçısı Fridrix Şillerin xatirə günüdür. O, 1805-ci il mayın 9-da 46 yaşında dünyasını dəyişib.

2. Azərbaycanda mikrobiologiya məktəbinin təşkilatçılarından biri, görkəmli alim, akademik Məmmədtağı Qəniyev 1907-ci ilin bu günü Şamaxıda anadan olub. (1907-1979)

3.  Sovet dönəmində Azərbaycanıın ən məşhur futbolçusu Ələkbər Məmmədov 9 may 1930-cu ildə anadan olub.

4.  Azərbaycanlı siyasətçi və jurnalist Sirus Təbrizi 1942-ci ilin bu günündə doğulub.

5.  Azərbaycanın Milli Qəhrəmanı Mehman Sayadov 9 my 1992-ci ildə şəhid olub.

6.  Azərbycanlı bəstəkar və rəssamı, SSRİ xalq artisti, Azərbaycan SSR xalq artisti Arif Məlikov 9 may 2019-cu ildə dünyasını dəyişib.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO