Şahmatçılarımız turnir cədvəlində 5-6-cı yerləri bölüşürlər

Şahmatçılarımız turnir cədvəlində 5-6-cı yerləri bölüşürlər

Hazırda oxunan: Şahmatçılarımız turnir cədvəlində 5-6-cı yerləri bölüşürlər

19073

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirində daha 5 turun oyunları keçirilib.

Bizim.Media xəbər verir ki, şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovla yanaşı, yarışda Maqnus Karlsen, amerikalı şahmatçılar Uesli So, Leyner Dominqes, rusiyalı Sergey Karyakin, ermənistanlı Levon Aronyan, FIDE-ni təmsil edən Alireza Firuzca, Norveç təmsilçiləri Aryan Tari və Yoxan-Sebastyan Kristyensen, polşalı Yan-Kşıştof Duda, Vyetnam təmsilçisi Le Quanq Lyem və hindistanlılar Vidjit Santos və Rameşbabu Praqnanandha iştirak edir.

Şahmatçımız Ş.Məmmədyarov L.Domingesə, S.Karyakinə və V.Santosa qalib gəlib, Q.Cons ilə heç-heçə edib, L.Lyemə isə uduzub.

T.Rəcəbov isə növbəti 5 turda H.Nakamura, A.Firuzca, Y.Duda, U.So ilə heç-heçə edib, R.Praqnanandhaya uduzub. Hər iki şahmatçımız 10 turun nəticəsinə görə, 6 xalla 5-6-cı yerləri bölüşürlər. Bütün rəqiblərini üstələyən M.Karlsen isə 7 xalla liderliyi ələ keçirib.

Qeyd edək ki, 16 şahmatçının mübarizəyə qatıldığı və mayın 2-dək davam edəcək turnirdə ən güclü 8 şahmatçı pley-offa vəsiqə qazanacaq.

“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayınadək davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO