Fransanın addımları, yoxsa erməni radikalizmi sülhə mane olur? – Pritçindən ÖZƏL AÇIQLAMA 

Fransanın addımları, yoxsa erməni radikalizmi sülhə mane olur? – Pritçindən ÖZƏL AÇIQLAMA 

Hazırda oxunan: Fransanın addımları, yoxsa erməni radikalizmi sülhə mane olur? – Pritçindən ÖZƏL AÇIQLAMA 

190683

"Azərbaycan və Ermənistan arasında sərhələrinn müəyyənləşdirildiyi bir neçə hissə var. Bu belə müsbət siqnal kimi qiymətləndirilə bilər”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər Milli Tədqiqat İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin böyük elmi işçisi, tarix elmləri namizədi Stanislav Pritçin bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyalı politoloq: “Fransa heç vaxt Cənubi Qafqazdakı proseslərə daxil ola bilməz” – ÖZƏL 


Pritçin hesab edir ki, sərhədlərin tam müəyyənləşdirilməsi uzun proses olduğundan, sülh müqaviləsinin imzalanması üçün delimitasiyanın tam başa çatmağını gözləmək lazım deyil. 

“Burada kompromisdən danışmaq olar. Ancaq bu, yalnızca başlanğıcdır. Çoxlu mübahisəli hissələr var ki, sərhəddin tam uzunluğu boyunca delimitasiya prosesi çox vaxt və əmək tələb edəcək. Bunları nəzər aldığımızda sülh müqaviləsinin bağlanması gecikdirilməməlidir. Burada prinsipləri müəyyənləşdirmək vacibdir. 

Təbii ki, müəyyən çətinliklər var. Hətta Ermənistan cəmiyyəti tərəfindən qəbul edilməyən kiçik kompromislər də prosesi mürəkkəbləşdirir. Bu səbəbdən, Paşinyanın sülh müqaviləsinin imzalanmasına dair bütün tələbləri yerinə yetirməsi vacibdir”.

Fransanın sözügedən müsbət proseslərə qarşı addımlar atdığına diqqət çəkən politoloq, Parisin Cənubi Qafqazdakı sülhdə maraqlı olmadığını da bildirib.

“Fransa yeni xarici siyasət tətbiq nöqtəsi axtarır və Afrika uğursuzluğundan sonra mühüm bir xarici oyunçu kimi özünü göstərmək istəyir. Lakin bu, belə deyil.  Əlbəttə ki, Ermənistan tərəfi Fransa tərəfindən dəstəklənir. Lakin Fransa Cənubi Qafqazda gündəliyi və təhlükəsizliyi müəyyənləşdirən ölkə deyil. Rusiya əsas oyunçudur və proseslərdə aktiv iştirak edir. Fransa isə sistemli olmayan bir situasiya oyunçusu kimi qəbul edilir”, - deyə S.Pritçin əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO