Twitter istifadəçiləri sosial şəbəkədəki nasazlıqlardan şikayətçidirlər.
Bizim.Media xəbər verir ki, bunu populyar internet resurslarının işini izləyən Downdetector saytındakı məlumatlara əsasən Reuters bildirib.
MÖVZU İLƏ BAĞLI:
Twitter 3.7 milyard dollar gəlir əldə etdi
İstifadəçilər ən çox Twitter-də baş verən nasazlıqlardan gileylidirlər.
Sayt bildirir ki, şikayət edənlərin 52% -i donmalardan şikayətlənir, daha 30% -i isə iPhone və ya iPad tətbiqi ilə bağlı problemlər yaşayır.
Twitter-in işləməsində problem daha çox ABŞ istifadəçilərində müşahidə olunur- deyə, sayt qeyd edir.
Xatırladaq ki, bundan əvvəl müxtəlif ölkələrdən olan bir sıra Telegram istifadəçiləri messencerin işləməməsi barədə məlumat vermişdilər.
Bizim.Media