Gədəbəydə məmurla kənd sakini arasında İNSİDENT: Həbs olunan var

Gədəbəydə məmurla kənd sakini arasında İNSİDENT: Həbs olunan var

Hazırda oxunan: Gədəbəydə məmurla kənd sakini arasında İNSİDENT: Həbs olunan var

190352

Gədəbəy rayonu, Maarif kəndində Dövlət Əmlak Xidmətinin vəzifəli şəxsinin təzyiqinin qalxmasına səbəb olan şəxs həbs edilib.

Bizim.Media qaynarinfo.az-a istinadən xəbər verir ki, DƏX-nin regional idarəsinin vəzifəli şəxsi, mütəxəssis İlqar Məmmədov Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin sorğusuna əsasən icra işi ilə əlaqədar ölçmə işlərinin aparılması üçün Şəmkir rayonundan Maarif kəndinə gedib.

Ölçmə işləri aparmaq istəyən zaman 1980-ci il təvəllüdlü kənd sakini, özünü mübahisəli ərazinin sahibi kimi təqdim edən şəxs, Zamin Ədilov (ad-soyad şərti) İlqar Məmmədovla mübahisə etməyə başlayıb, ona qarşı nalayiq söyüşlərdən istifadə edib, şərəf və ləyaqətini alçaldıb.

Bu səbəbdən əsəbiləşən İlqar Məmmədovun təzyiqi qalxıb və təcili tibbi yardım göstərilməsi zərurəti yaranıb.
Onun şikayəti əsasında həmin şəxs saxlanılıb, barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmədə məmur saxlanılan şəxsdən şikayətçi olduğunu, onun barəsində həbslə əlaqədar olan inzibati tənbeh verilməsini xahiş edib.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 10 gün müddətində həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO