UEFA Avro-2024-lə bağlı yeni qərarı rəsmən AÇIQLADI

UEFA Avro-2024-lə bağlı yeni qərarı rəsmən AÇIQLADI

Hazırda oxunan: UEFA Avro-2024-lə bağlı yeni qərarı rəsmən AÇIQLADI

190351

UEFA İcraiyyə Komitəsi Avro-2024-də iştirak edəcək milli komandaların iştirak ərizəsində icazə verilən oyunçu limitinin artırılması ilə bağlı qərar qəbul edib.

Bizim.Media UEFA-nın saytına istinadən xəbər verir ki, komandalar iştirak ərizələrinə 26-ya qədər oyunçu daxil edə bilərlər.

Əvvəllər maksimum say 23 oyunçu idi.

Qeyd olunur ki, yarış reqlamentinə uyğun olaraq, Avro-2024 üçün komandaların siyahıları turnirin başlamasına 7 gün qalmış, iyunun 7-dək Avropa futbolunun rəhbər orqanına təqdim edilməlidir.
Avropa çempionatının final oyunları 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirə 10 şəhər ev sahibliyi edəcək: Berlin, Dortmund, Düsseldorf, Frankfurt, Gelzenkirxen, Hamburq, Köln, Leyptsiq, Münhen və Ştutqart.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO