Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Mariya Zaxarova Ermənistan Parlamentinin spikeri Alen Simonyanın Ukrayna münaqişəsindəki mövqeyi ilə bağlı anti-Rusiya bəyanatlarına cavab verib.
Bizim.Media xəbər verir ki, Zaxarova keçirdiyi həfətli brifinqdə Simonyanın “Rusiyanın gücü ancaq Ermənistana çatır?” fikrinə belə münasibət bildirib:
“Ümid edirəm ki, bu cür bəyanatlarla çıxış edənlərin bu il aprelin 24-də Rusiya parlamentarilərinin müraciətinə cavab göndərməyə gücü çatacaq. Belə bir cavab alan kimi biz onu diqqətlə öyrənəcəyik və lazım gələrsə, açıq şəkildə şərh edəcəyik. Cavab hazırlamaq üçün onlara güc arzulayırıq ”.
Bizim.Media