Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar ərazi mina ilə çirkləndirilib

Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar ərazi mina ilə çirkləndirilib

Hazırda oxunan: Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar ərazi mina ilə çirkləndirilib

190275

“Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar ərazi yüksək səviyyədə mina ilə çirkləndirilib”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Beynəlxalq əlaqələr, maarifləndirmə və mətbuatla iş idarəsinin rəisi Ramil Əzizov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Ağdam şəhərində keçirilən “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiyada çıxışı zamanı deyib.

O qeyd edib ki, 780 min hektar ərazi isə orta və aşağı səviyyədə minalarla çirkəndirilib:

“Antiterror əməliyyatlarından sonra Xocalı və Xankəndi ərazilərində çoxsaylı tələ mina aşkarlanıb. Azərbaycan işğaldan azad edilən ərazilərində demək olar, hər addımda mina təhlükəsi mövcuddur. Çay kənarları, qəbiristanlıqlar, müxtəlif təyinatlı binalar, xarabalıqlar - hər yer minalarla çirkləndirilib. 
Minaların təmizlənməsi üçün müxtəlif üsullardan istifadə edilir. Siçanlar, itlər vasitəsilə və mexaniki minatəmizləmə qurğularının köməyi ilə torpaqlarımız minalardan təmizlənir. Əllə təmizləmə prosesində isə kişilərlə yanaşı qadın minatəmizləyənlər də iştirak edirlər”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO