Viktor Orbandan Avropa liderləri ilə bağlı AÇIQLAMA:

Viktor Orbandan Avropa liderləri ilə bağlı AÇIQLAMA: "Odla oynayırlar"

Hazırda oxunan: Viktor Orbandan Avropa liderləri ilə bağlı AÇIQLAMA: "Odla oynayırlar"

190231

Avropa liderləri Ukraynada yeni dünya müharibəsinə səbəb ola biləcək münaqişəyə müdaxilə etməklə odla oynayırlar.

Bizim.Media xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban bu fikri Kossuth radiostansiyasında çıxışı zamanı səsləndirib.

“Mən Avropa liderlərinin müharibəyə doğru getdiyini demirəm, lakin onlar bu istiqamətdə hər gün yeni addımlar atırlar”, - deyə Viktor Orban bildirib.

“Biz nə birinci, nə də ikinci dünya müharibəsində iştirak etmək istəməmişik, lakin ölkəmizin üçüncü dünya müharibəsinə cəlb olunmasına imkan verməyəcəyik”, - deyə baş nazir əlavə edib.

O, həmçinin bəzi Avropa liderlərinin Qərb qoşunlarının Ukraynaya göndərilməsi ehtimalı ilə bağlı fikirlərini çox təhlükəli hesab etdiyini və Avropanın gələcəyindən narahat olduğunu vurğulayıb.
Macarıstanın Baş naziri Ukraynadakı müharibənin və Rusiyaya qarşı sanksiyaların Avropa iqtisadiyyatına son dərəcə mənfi təsir göstərdiyini də qeyd edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO