"Müharibədə qalib gəlmək üçün heç bir imkanımız yoxdur" - Ukraynalı general  

Hazırda oxunan: "Müharibədə qalib gəlmək üçün heç bir imkanımız yoxdur" - Ukraynalı general  

190225

"Ukrayna uçurumun astanasındadır".

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Hərbi Kəşfiyyatı rəhbərinin müavini, general-mayor Vadim Skibitski "The Economist" nəşrinə müsahibəsində deyib.

O, Ukraynanın müharibədə qalib gəlməsi üçün heç bir imkanının olmadığını deyib:

"Əgər biz rusları sərhədlərə geri çəkə bilsək belə, bu, müharibəni dayandırmayacaq. Belə müharibələr ancaq müqavilələrlə bitə bilər. Hazırda hər iki tərəf “ən sərfəli mövqe” uğrunda mübarizə aparır. Lakin substantiv danışıqlar 2025-ci ilin ikinci yarısından tez başlaya bilməz".

Vadim Skibitski bildirib ki, Rusiya ilkin mərhələdə Donetsk və Luqansk vilayətlərinə tam nəzarət planını həyata keçirməyə davam edəcək:

"Hücumun müvəffəqiyyəti növbəti zərbənin nə vaxt və harada vurulmasından asılı olacaq".

O, qeyd edib ki, Rusiya şimal-şərqdə Xarkov və Sumi vilayətlərində hücuma hazırlaşır:

"Xarkovla sərhəddə yerləşən rus qrupunda hazırda 35 min hərbçi var, lakin onun 50-70 min hərbçiyə çatdırılması planlaşdırılır. Bu, böyük bir şəhəri ələ keçirmək üçün kifayət edir".

Vadim Skibitski Rusiya ordusunun hücumunun mayın sonu - iyunun əvvəlində başlayacağını deyib:

"İndi Rusiya ordusu dəqiq planla və vahid komandanlıq altında fəaliyyət göstərir".

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO