Müəllimlikdən imtina edib

Müəllimlikdən imtina edib "Azərkosmos"da direktor oldu - VİDEO 

Hazırda oxunan: Müəllimlikdən imtina edib "Azərkosmos"da direktor oldu - VİDEO 

190222

“Euronews” “Azərkosmos”da rəhbər vəzifəsində çalışan azərbaycanlı xanımla bağlı süjet hazırlayıb.  

Bizim.Media xəbər verir ki, "Azərkosmos"un Strategiya və Biznesin İnkişafı departamentinin direktoru vəzifəsində çalışan Natəvan Həsənova uğurlarından danışıb.  

N.Həsənova bildirib ki, o, valideynlərinin arzuladığı kimi fortepiano müəllimi olmaq əvəzinə iqtisadiyyat sahəsində təhsil alıb. 

Hazırda o, gender bərabərliyini və layihələrdə fikir müxtəlifliyini təbliğ edən 10 nəfərlik komandaya rəhbərlik edir. 

Kosmik sektorda beynəlxalq lider olmaq vizyonu ilə çıxış edən Natəvan Beynəlxalq Kosmik Universitetində əlavə təhsil alaraq gənc qadınlara mentorluq edir, onları kosmosla bağlı sahələri kəşf etməyə həvəsləndirir. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO