Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçılarının azad olunan ərazilərə səfəri başlayıb.
Bizim.Media xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanına düşən qonaqları Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev qarşılayıb.
Onlar forum çərçivəsində Ağdamda keçiriləcək "Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri" mövzusunda xüsusi sessiyaya qatılacaqlar.
Sessiyada Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Xarici İşlər Nazirliyinin (XİN) İdarə rəisi Qaya Məmmədov məruzə ilə çıxış edəcəklər.
Həmçinin BMT-nin İnkişaf Proqramının mütəxəssisi Qadim Tariq, UNESCO-nun Mədəniyyət və Fövqəladə Hallar, Mədəniyyət sektorunun direktoru Krista Pikkat və digər qonaqların məruzələri dinləniləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:20 / 03.05.2024
Dialoq Forumunun iştirakçılarının azad olunan ərazilərə səfəri BAŞLADI
Hazırda oxunan: Dialoq Forumunun iştirakçılarının azad olunan ərazilərə səfəri BAŞLADI
Hazırda oxunan: Dialoq Forumunun iştirakçılarının azad olunan ərazilərə səfəri BAŞLADI
190215
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.