“Xələfli” sərhəd zastavası istifadəyə verildi - FOTO/VİDEO

“Xələfli” sərhəd zastavası istifadəyə verildi - FOTO/VİDEO

Hazırda oxunan: “Xələfli” sərhəd zastavası istifadəyə verildi - FOTO/VİDEO

190194

May ayının 2-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində “Xələfli” sərhəd zastavası əsaslı təmirdən sonra xidməti istifadəyə verilib.

DSX-dan Bizim.Media-ya verilən xəbərə görə, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əsaslı təmirdən sonra müasir tələblərə cavab verən növbəti sərhəd zastavasının xidməti istifadəyə verilməsi, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində görülən işlərin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi qulluqçulara göstərdiyi ali diqqətin nəticəsi olduğu vurğulanıb.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.
Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Cavid Abdullayev sərhəd zastavasının inzibati binasında yaradılmış şəraitlə tanış olub, xidməti mənzillərə baxış keçirib.

Sərhəd zastavasının inzibati binasında zəruri avadanlıqlarla təchiz edilmiş xidməti otaqlar və 4 mənzilli yaşayış evləri şəxsi heyətin istifadəsinə verilib.

Sonda şəxsi heyətlə birlikdə nahar edilib.
 









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO