DNT-nin kəşfi və irsilik - 1953-cü ildən BU GÜNƏ...

DNT-nin kəşfi və irsilik - 1953-cü ildən BU GÜNƏ...

Hazırda oxunan: DNT-nin kəşfi və irsilik - 1953-cü ildən BU GÜNƏ...

19011

Dünyanın müxtəlif ölkələrində bir sıra təşkilatlar hər il aprelin 25-də Beynəlxalq DNT Gününü qeyd edirlər, bəzən gün dəyişsə də, apreldə onun qeyd olunması ənənə şəklini alıb.

Bizim.Media xəbər verir ki, həmin tarixin seçilməsi alimlər Ceyms Uotson və Frensis Krikin, Moris Uilkins və Rozalind Franklinlə birgə DNT molekullarının strukturunun öyrənilməsi sahəsində apardıqları tədqiqatların nəticələrinin 1953-cü il aprelin 25-də “Nature” jurnalında dərc olunması ilə əlaqədardır. 
 

Məqalənin dərc olunmasından düz 50 il sonra, yəni 2003-cü il aprelin 25-də insan genlərinin deşifrə edilməsi layihəsinin sona yaxınlaşdığı elan edilib. Belə ki, genomun bəzi hissələrinin əlavə analizləri başa çatmasa da, layihə üzərində əsas işin yekunlaşdırılması bildirilib.


İnsan genlərinin strukturunun müəyyən edilməsi səhiyyənin inkişafı istiqamətində atılan çox mühüm addımdır.

DNT - dezoksiribonuklein turşusudur. Həmin turşu canlı orqanizmin formalaşması və həyati prosesləri davam etdirə bilməsi üçün irsi informasiyaların saxlanıldığı və nəsillər arasında ötürülən biopolimerdir.

DNT-nin tərkibində genetik informasiya saxlanılır və onun testi qohumluq əlaqələrinin təyin edilməsi üçün ən geniş yayılmış üsuldur.
 

Əbəs yerə deyil ki, DNT-nin açılması elmdə inqilab hesab edilir. Onun aşkar edilməsi nəticəsində irsiliyin kodu açılıb, genetik risk müəyyən edilib, orqanizmin proqramlaşdırılmış xüsusiyyətlərinin formalaşması başlanılıb.


İrsiliyin yaxşılaşdırılmasının həyata keçirilməsi və genetik mühəndislik texnologiyalarının yaradılması da onunla əlaqədardır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO