Millimiz Qızıl Avropa Liqasının hazırlığına başladı - FOTO

Millimiz Qızıl Avropa Liqasının hazırlığına başladı - FOTO

Hazırda oxunan: Millimiz Qızıl Avropa Liqasının hazırlığına başladı - FOTO

189987

Voleybolçu kişilərdən ibarət Azərbaycan millisi Qızıl Avropa Liqası öncəsi məşqlərə start verib. 

Bizim.Media xəbər verir ki, komandamızın məşqləri baş məşqçi Fərid Cəlalovun rəhbərliyi ilə GİN-in Voleybol Mərkəzində təşkil olunub.

Yığmamız turnirdə ilk oyunlarını Bakıda keçirəcəyindən hazırlıq prosesi də elə paytaxtda davam edəcək. Məşqlərə yığmanın əsas oyunçuları ilə yanaşı, gənclər də cəlb olunublar. Xaricdə olan bir neçə oyunçu isə yaxın günlərdə məşqlərə qatılacaq.
Qeyd edək ki, millimizin Qızıl Avropa Liqasında ilk mərhələdəki oyunları 17-19 may tarixlərində Bakıda baş tutacaq. Birinci turda rəqiblərimiz Rumıniya və Ukrayna yığmaları olacaq.











Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO