Dörd əfsanəvi futbolçu İtaliya millisinin hazırlığına qatılacaq

Dörd əfsanəvi futbolçu İtaliya millisinin hazırlığına qatılacaq

Hazırda oxunan: Dörd əfsanəvi futbolçu İtaliya millisinin hazırlığına qatılacaq

189965

İtaliya millisinin baş məşqçisi Luçano Spaletti dörd əfsanəvi futbolçunu Avro-2024 öncəsi komandanın toplanışına dəvət edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə "Football İtalia" məlumat yayıb. 

Söhbət Roberto Baccio, Alessandro Del Piero, Fransesko Totti və Cankarlo Antononidən gedir. Spaletti İtaliya millisinin sabiq üzvlərinin futbolçulara əlavə motivasiya verəcəyini düşünür. 

Spaletti öz açıqlamasında artıq bu barədə İtaliya Futbol Federasiyasının prezidenti ilə danışdığını bildirib:

"İtaliya Futbol Federasiyasının prezidenti Qravina ilə danışmışam.

Baccio, Del Piero, Totti və Antononinin məşqə baxacağını düşünün. Bu, futbolçuları uğur qazanmağa məcbur edəcək. Federasiya tezliklə onlara dəvət göndərəcək”.
Qeyd edək ki, İtaliya Avro-2024-ün qrup mərhələsində İspaniya, Xorvatiya və Albaniya ilə qarşılaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO