Ramazanın 12-ci gününün duası: İmsak və İftar vaxtı - FOTO

Ramazanın 12-ci gününün duası: İmsak və İftar vaxtı - FOTO

Hazırda oxunan: Ramazanın 12-ci gününün duası: İmsak və İftar vaxtı - FOTO

18986

Sabah Ramazan ayının 12-ci günüdür.

Bizim.Media xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 25-də imsak vaxtı saat 04:10-da, iftar vaxtı isə 19:44-dədir.

Aprelin 25-i üçün namaz vaxtları:

Sübh azanı 04:20

Zöhr azanı 12:39

Əsr azanı 17:29

Məğrib azanı 19:44

İşa azanı 20:52

12-ci günün imsak vaxtı üçün duanı təqdim edirik:

“Allahummə zəyyinni fihi bis-sətri vəl-əfaf. Vəsturni fihi bilibasil-qünui vəl-kəfaf. Vəhmilni fihi ələl-ədli vəl-insaf. Və amilni fihi min kulli ma əxaf. Bi-ismətikə ya ismətəl-xaifin!”

Tərcüməsi: “İlahi, bu ayda məni iffətlə zinətləndir, itaət və razılıq libasını geyindir. Bu ayda məni ədalət və insaf yolu ilə apar. Qorxduğum hər şeydən məni hifz et. İsmətinə and verirəm, ey qorxu içində olanların mühafizəçisi!”

İftar duası:

“Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli!”

Tərcüməsi: “İlahi, Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib, yalnız Sənə təvəkkül edirəm!”

Allah orucunuzu qəbul etsin!

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO