Tovuzda yağış dağ uçqununa səbəb oldu - Kəndlərlə əlaqə kəsildi

Tovuzda yağış dağ uçqununa səbəb oldu - Kəndlərlə əlaqə kəsildi

Hazırda oxunan: Tovuzda yağış dağ uçqununa səbəb oldu - Kəndlərlə əlaqə kəsildi

18985

Tovuzda aramsız yağan yağışlar nəticəsində rayonun dağ kəndinə gedən yola qaya və daş parçaları tökülüb. 

Bizim.Media xəbər verir ki, nəticədə rayonla Böyük Qışlaq və Qaralar kəndini birləşdirən avtomobil yolu bir neçə saat bağlı qalıb. 

Qaralar kənd Bələdiyyə sədri Elşən Yusibov bildirib ki, bir neçə gün bundan qabaq güclü yağış yağması nəticəsində ötən gecə dağdan iri daş və qaya parçaları sözügedən yola düşərək hərəkəti bağlayıb:

“Biz hadisədən bu gün xəbər tutmuşuq. Dərhal aidiyyəti qurumlar və kənd sakinləri əraziyə cəlb olunub. Daş və qaya parçaları yoldan təmizlənib. Yolda hərəkət tam bərpa olunub”. Bələdiyyə sədri onu da qeyd edib ki, analoji hadisə hər il bu aylarda yağışdan sonra baş verir: “Burda torpaq sürüşməsindən söhbət gedə bilməz. Daş və iri qaya parçalarının tökülməsi yağışla əlaqəlidir”. (apa)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO