Bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının açıqladığı 73 itkinin biri də Xaçmazın Sibiroba kənd sakini Gülalı Məhəmməd oğlu Dadaşovdur.
Bizim.Media xəbər verir ki, itkin şəhidin qardaşı oğlu Səbuhi Dadaşov əmisi Gülalının 1994-cü ilin yanvar ayında Füzuli rayonunun Abdurəhmanlı kəndində itkin düşdüyünü deyib.
Onun sözlərinə görə, bütün ailə 30 il idi ki, əmisindən xəbər gözləyirdi:
"Hazırda Bakıda yaşayan nənəm Səbirə, bibilərim Könül və Kəmalə bu xəbəri sevinclə qarşılayıb. Gözümüz yollardan yığılar".
Şəhid Gülalı Dadaşovun qalıqlarının gətiriləcəyi və dəfn ediləcəyi tarix hələ məlum deyil.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
16:45 / 30.04.2024
İtkin şəhidin qardaşı oğlu: "Gözümüz yollardan yığılar" - FOTO
Hazırda oxunan: İtkin şəhidin qardaşı oğlu: "Gözümüz yollardan yığılar" - FOTO
Hazırda oxunan: İtkin şəhidin qardaşı oğlu: "Gözümüz yollardan yığılar" - FOTO
189760
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.