Türkiyə ordusu İraqda əməliyyatlar keçirir - VİDEO

Türkiyə ordusu İraqda əməliyyatlar keçirir - VİDEO

Hazırda oxunan: Türkiyə ordusu İraqda əməliyyatlar keçirir - VİDEO

18967

Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalında PKK terror təşkilatına qarşı keçirilən əməliyyatlar barədə məlumat paylaşıb.

Bizim.Media xəbər verir ki, paylaşımda deyilir:

“Qəhrəman Türkiyə Silahlı qüvvələrinin igid xüsusi təyinatlıları İraqın şimalındadır”.

Türkiyə mətbuatının verdiyi xəbərə görə, qırıcı təyyyarələr və PUA-ların iştirak etdiyi əməliyyatlarda PKK terror qruplaşmasının gizləndiyi sığınacaqları, anbar kimi istifadə etdikləri mağaraları məhv edilir.

Məlumata görə, Türkiyənin müdafiə naziri Hülusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər və qoşun komandanları Komanda İdarəetmə Mərkəzində İraqın şimalında keçirilən əməliyyatı izləyirlər. Nazir anti-terror əməliyyatları ilə bağlı birlik komandanlarından məlumat alaraq tapşırıqlarını verir.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO