Tacikistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Şoxin Səmədi bildirib ki, hazırda minə yaxın ölkə vətəndaşı Moskva hava limanlarında “ilişib” qalıb.
Bizim.Media xəbər verir ki, Səmədinin TASS-a dediyinə görə, onların arasında Rusiya universitetlərində təhsil almağa gələnlər də var: “Moskva hava limanlarında ilişib qalan Tacikistan vətəndaşları ilə bağlı vəziyyət ağır olaraq qalır".
Onun sözlərinə görə, aprelin 27-də günün sonuna olan məlumata görə, Vnukovo hava limanının vətəndaşlarının müvəqqəti saxlanma zonasında 954 Tacikistan vətəndaşı var. Səmədi bildirib ki, Vnukovoda 322 Tacikistan vətəndaşı Rusiya ərazisinə buraxılıb: “Artıq qovulanların sayı 27-dir”.
Səmədinin sözlərinə görə, analoji vəziyyət Moskvanın digər hava limanlarında - Jukovski, Domodedovo və Şeremetyevoda da müşahidə olunur, burada onlarla tacikistanlı mühafizə zonalarındadır.
O əlavə edib ki, mövcud vəziyyətlə əlaqədar Tacikistanın Moskvadakı diplomatik nümayəndəliyinin konsulluq xidməti 24 saat fəaliyyət göstərən operativ qərargah açıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:44 / 28.04.2024
Tacikləri Rusiyaya buraxmırlar: Hava limanlarından geri qaytarılır
Hazırda oxunan: Tacikləri Rusiyaya buraxmırlar: Hava limanlarından geri qaytarılır
Hazırda oxunan: Tacikləri Rusiyaya buraxmırlar: Hava limanlarından geri qaytarılır
189473
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.