Paşinyan Putinə zəng etdi – Qarabağdan danışdılar

Paşinyan Putinə zəng etdi – Qarabağdan danışdılar

Hazırda oxunan: Paşinyan Putinə zəng etdi – Qarabağdan danışdılar

18946

Ermənistanın baş naziri Nikol Paşinyan şənbə günü Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Kremlin mətbuat xidməti yayıb.

Telefon danışığının erməni tərəfinin təşəbbüsü ilə baş tutduğu bildirilir. Söhbət əsnasında Paşinyan və Putin Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı müzakirələrini davam etdiriblər.

"Rusiyalı sülhməramlıların səyləri sayəsində bölgədəki vəziyyətin sabit və sakit qaldığı məmnuniyyətlə ifadə edildi. Enerji sektoru da daxil olmaqla ikitərəfli əməkdaşlığın aktual məsələləri ətrafında fikir mübadiləsi aparıldı". Açıqlamada  deyilir.

Bundan əlavə, Paşinyan Putinə iyunda keçirilməsi planlaşdırılan erkən parlament seçkiləri ilə əlaqədar Ermənistandakı daxili siyasi vəziyyətin inkişafı barədə məlumat verib.

Xatırladaq ki, 7 aprel tarixində Moskvada Paşinyan və Putin arasında görüş baş tutmuşdu.

Danışıqlar zamanı tərəflər ticarət-iqtisadi əlaqələrin və nəqliyyat yollarının bərpasını, sülhməramlıların köməyi ilə Dağlıq Qarabağdakı vəziyyətin normallaşdırılmasını, Avrasiya məkanında qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO