SON DƏQİQƏ: ANAMA-nın əməkdaşı Şuşada minaya DÜŞDÜ

SON DƏQİQƏ: ANAMA-nın əməkdaşı Şuşada minaya DÜŞDÜ

Hazırda oxunan: SON DƏQİQƏ: ANAMA-nın əməkdaşı Şuşada minaya DÜŞDÜ

189260

Şuşada mina hadisəsi baş verrib.

Bizim.Media Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, hadisə 2024-cü il 27 aprel tarixində işğaldan azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi ərazisində baş verib.

Agentliyin əməkdaşı 1981-ci il təvəllüdlü Quliyev Elçin Aydın oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.

Xəsarət alan əməkdaşa “Sağ ayağın amputasiyası” diaqnozu qoyularaq, Agentliyin paramediki tərəfindən yerində ilkin tibbi yardım göstərilib və rayon xəstəxanasına təxliyyə olunub. Hal-hazırda vəziyyəti stabildir. Faktla bağlı Şuşa rayon prokurorluğunda araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO