Hindistan sanksiyalara rəğmən Rusiyadan neft idxalını BƏRPA EDİB

Hindistan sanksiyalara rəğmən Rusiyadan neft idxalını BƏRPA EDİB

Hazırda oxunan: Hindistan sanksiyalara rəğmən Rusiyadan neft idxalını BƏRPA EDİB

189226

Hindistan iki aylıq fasilədən sonra Rusiyadan neft idxalını bərpa edib.

Bizim.Media “Indian Express”-ə istinadən xəbər verir ki, Rusiyaya məxsus “SCF Baltica” tankeri bu ölkənin əsas idxal-ixrac limanında sahilə yan alıb.

Həmin tankerin hazırda icra müqaviləsinə uyğun olaraq Birləşmiş Ərəb Əmirliklərinə məxsus “Stream Ship Management” şirkətinin tabeliyində olduğu bildirilib. Yükün sifarişçisi isə Hindistanın “Reliance” şirkətidir.

Qeyd edək ki, ABŞ Rusiyanın nəhəng daşıyıcı şirkəti olan “Sovkomflot”a qarşı sanksiya tətbiq edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO