Türkiyə haqlı davasında Azərbaycanın yanında olmağa davam edəcək.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Sierra Leonedən olan həmkarı Nabeela Tunis ilə mətbuat konfransında deyib:
“Türkiyə Prezidentinin tapşırığı bundan ibarətdir ki, azərbaycanlı qardaşlarımızı yalnız buraxmayaq. Bakı ziyarətim də bu çərçivədə oldu. Hər gün təmasdayıq. Bu gün yenə də həmkarım Ceyhun Bayramovla danışdım. Dövlət başçılarımız mütəmadi təmasdadır”.
Çavuşoğlu Dağlıq Qarabağ məsələsində Azərbaycanın hüquqi və mənəvi cəhətdən haqlı olduğunu dilə gətirib:
“30 ildir ki, işğal edilmiş torpaqlarını geri almaq üçün öz torpaqlarında mücadilə edir. Türkiyə bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcək”.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
15:04 / 03.11.2020
Çavuşoğlu: “Türkiyə Prezidenti tapşırıq verib ki, Azərbaycanı yalnız qoymayaq”
Hazırda oxunan: Çavuşoğlu: “Türkiyə Prezidenti tapşırıq verib ki, Azərbaycanı yalnız qoymayaq”
Hazırda oxunan: Çavuşoğlu: “Türkiyə Prezidenti tapşırıq verib ki, Azərbaycanı yalnız qoymayaq”
1892
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.