Alen Simonyan artıq bütün qırmızı xətləri keçib.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Federasiyası Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.
O, Ermənistan parlamentinin sədrini rusofob və anti-Rusiya çıxışlarına görə tənqid edib:
“Mən həmkarıma, Ermənistan parlamentinin sədrinə sual vermək istərdim: o, kimin adından danışırdı? Yəqin ki, Rusiyanın çoxəsrlik dostluğu olan erməni xalqının adından danışmırdı. Mən Ermənistan parlamentinə onun kimin adından danışdığı ilə bağlı yazılı sorğu göndərərdim. Görəsən, Ermənistan parlamenti onun dedikləri ilə razıdırmı? Bu cür rusofobiyanı, anti-Rusiya çıxışları diqqətdən kənarda qoymayacağıq. Mən sadəcə həmkarımın yerinə utandım. O, artıq bütün qırmızı xətləri keçib”.
Xatırladaq ki, Avropa İttifaqı ölkələrinin parlament sədrlərinin konfransında çıxış edən Simonyan qeyd edib ki, konfransın əsas mövzusunun Rusiyanın Ukraynaya müdaxiləsi və Yaxın Şərq münaqişəsi olduğunu nəzərə alaraq, Ermənistan Ukraynanın, eləcə də Moldova, Gürcüstan, Kipr və bütün ölkələrin ərazi bütövlüyünü qətiyyətlə müdafiə edir.
Bizim.Media
- A-
- A
- A+
Region
14:46 / 24.04.2024
Valentina Matviyenkodan Alen Simonyana sərt REAKSİYA: "Bütün qırmızı xətləri keçib"
Hazırda oxunan: Valentina Matviyenkodan Alen Simonyana sərt REAKSİYA: "Bütün qırmızı xətləri keçib"
Hazırda oxunan: Valentina Matviyenkodan Alen Simonyana sərt REAKSİYA: "Bütün qırmızı xətləri keçib"
188765
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.