Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin TƏFƏRRÜATI AÇIQLANDI

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin TƏFƏRRÜATI AÇIQLANDI

Hazırda oxunan: Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin TƏFƏRRÜATI AÇIQLANDI

188731

Bərdədə qaçırılan 23 yaşlı qızın tapılaraq ailəsinə təhvil verilməsi ilə bağlı bəzi detallar məlum olub.

Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-a danışan rayonun Uğurbəyli kənd bələdiyyəsinin sədri Kazım Hüseynov bildirib ki, qız 45 yaşlı şəxs tərəfindən məcbur olaraq qaçırılıb:

“Qaçırılan qız gecə saatlarında ailəsinə təhvil verilib. Qız ailəsinə qayıtmaqla bağlı oğlanla razılığa gəlib və axşam saatlarında izahat yazıb ki, onu məcbur olaraq qaçırıblar.

O bildirib ki, onu dörd nəfər yox, iki nəfər - 45 yaşlı kişi və bir nəfər sürücü qaçırıb. Həmçinin qız şikayətçi olmadığını da bildirib. Əlavə edib ki, ona qarşı heç bir fiziki və cinsi təzyiq göstərilməyib”.

Bələdiyyə sədri əlavə edib ki, bundan sonra ailələr arasında barışıq gözlənilmir. Qızın yaxınları ilə oğlan tərəfin ailə üzvləri arasında heç bir mübahisə yaşanmayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO