"İnter"in hücumameyilli yarımmüdafiəçisi Hakan Çalhanoğlu və hücumçusu Markus Tyuram sosial şəbəkədə klubun prezidenti Stiven Çjanqla zarafatlaşıblar.
Bizim.Media xəbər verir ki, onlar canlı yayımda "İnter"ə transfer olunmaqları ilə bağlı maraqlı dialoq qurublar.
Turam: Cənab prezident, bizi 0 avroya aldınız!
Çalhanoğlu: Bir fincan qəhvə Turamla məndən bahadır (gülür) .
Turam: Pulumuzu almalıyıq.
Çjanq: Bu canlı yayıma qatılmağın səhv olduğunu bilirdim (gülür) .
Xatırladaq ki, Çalhanoğlu “İnter”ə 2021-ci ilin yayında azad agent kimi keçib. Türkiyəli futbolçu buna qədər "Milan"da çıxış edib. Turam isə ötən yay azad agent kimi "İnter"ə qoşulub.
Bizim.Media
- A-
- A
- A+
İdman
01:07 / 24.04.2024
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Hazırda oxunan: Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Hazırda oxunan: Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
188688
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.