Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov Amerika Birləşmiş Ştatları Konqresi üzvlərinin köməkçilərindən ibarət nümayəndə heyəti ilə görüş keçirib.
ANAMA-dan Bizim.Media-ya verilən məlumata görə, Samir Poladov Agentliyin yaradılma tarixi, məqsəd və vəzifələri, işğaldan azad edilmiş ərazilərdə icra olunan humanitar minatəmizləmə əməliyyatları, habelə ölkəmizdə mövcud mina probleminin miqyası və bu problemin yaratdığı fəsadlar barədə məlumat verib.
Humanitar minatəmizləmə sahəsində 25 illik təcrübəyə malik Agentliyin beynəlxalq əməkdaşlığı, bu istiqamətdə təcrübə mübadiləsinin aparılması, Ermənistanın təqdim etdiyi mina sahələrinin formulyarlarının qeyri-dəqiqliyi, aşkarlanan tələ tipli partlayıcı qurğular barədə nümayəndə heyətinin sualları cavablandırılıb və onlara geniş məlumat təqdim edilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:29 / 23.04.2024
ABŞ Konqresi rəsmiləri ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb - FOTO
Hazırda oxunan: ABŞ Konqresi rəsmiləri ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb - FOTO
Hazırda oxunan: ABŞ Konqresi rəsmiləri ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb - FOTO
188632
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.