Tıxacda siqnaldan istifadə etməyən təcili yardım sürücüsü CƏZALANDIRILDI – RƏSMİ/VİDEO 

Tıxacda siqnaldan istifadə etməyən təcili yardım sürücüsü CƏZALANDIRILDI – RƏSMİ/VİDEO 

Hazırda oxunan: Tıxacda siqnaldan istifadə etməyən təcili yardım sürücüsü CƏZALANDIRILDI – RƏSMİ/VİDEO 

188546

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdən birində təcili tibbi yardım maşınında körpəsini xəstəxanaya aparan vətəndaş və sürücü arasındakı dialoq etirazlara səbəb olub.

Videogörüntüdən belə aydın olur ki, körpə övladının qan itirdiyini iddia edən valideyn sürücüdən səs siqnalından istifadə etməsini tələb edib. Tıxacda qalan sürücü isə vətəndaşa “müdiriyyət bizə icazə vermir. Get, şikayət elə” cavabını verib.

TƏBİB-in mətbuat xidməti məsələ ilə bağlı Bizim.Media-nın sorğusunu cavablayıb. Qurumdan bildirilib ki, xidməti fəaliyyətini yerinə yetirərkən ambulans sürücüsü pasiyent yaxınına yanlış informasiya verdiyi, qaydaları düzgün izah etmədiyi və etik davranış qaydalarını pozduğu üçün inzibati qaydada cəzalandırılıb:
 

MÖVZU İLƏ BAĞLI:

Tıxacda siqnaldan istifadə etməyən ambulans sürücüsü ilə bağlı TƏBİB-dən AÇIQLAMA – VİDEO


“20.04.2024-cü il tarixində saat 14:20 radələrində 2021-ci il təvəllüdlü azyaşlının (kişi cinsli) yıxılması səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Çağırış ünvanına təcili yardım briqadası cəlb olunub. 

Təcili tibbi yardım vasitəsilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunan azyaşlıya dilin ön hissəsinin üçdə birinin kəsilmiş yarası diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib. 

Vəziyyəti stabil qiymətləndirilən azyaşlı əlavə olaraq ixtisaslı cərrah müayinəsi üçün Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Həkim baxışından sonra azyaşlı kafi vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb.

Xatırladaq ki, təcili tibbi yardım ambulansları, sanitar avtomobillər operativ, üstün keçid hüququ olan nəqliyyat vasitələri hesab olunur.

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələbinə əsasən, üstün keçid hüququ olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkətinin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamaq şərti ilə xüsusi tapşırıqları yerinə yetirərkən (təxirəsalınmaz çağırışı icra edərkən, ağır xəstələri təxliyə edərkən) xüsusi işıq və səs siqnallarından istifadə edə bilərlər.  

Sanitar avtomobillərdə xüsusi işıq və səs siqnallarından təyinatından kənar hallarda istifadə isə qanunun tələbinə uyğun olaraq məhdudlaşdırılır”.
 


Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO