Jurnalistlərin növbəti qrupu vaksinasiya olunacaq - 150-dən çox müraciət var

Jurnalistlərin növbəti qrupu vaksinasiya olunacaq - 150-dən çox müraciət var

Hazırda oxunan: Jurnalistlərin növbəti qrupu vaksinasiya olunacaq - 150-dən çox müraciət var

18851

Aprelin 26-da Azərbaycan Mətbuat Şurasında jurnalistlərin “COVID-19” infeksiyasına qarşı vaksinasiyası davam etdiriləcək.

Bizim.Media xəbər verir ki, indiyədək MŞ-də 200-dək jurnalist peyvənd olunub.

Şuraya bununla əlaqədar əlavə 150-dən artıq yeni müraciət daxil olub. Müraciət edənlər vaksinasiyanın aparılacağı barədə məlumatlandırılıblar. Onlar növbəlilik əsasında peyvənd oluna biləcəklər.

Mətbuat Şurası KİV redaksiyalarından yaşı 18-dən yuxarı olan və vaksinasiyadan keçməyən əməkdaşlarının siyahısını Şuraya ünvanlamağı xahiş edir.

Siyahı redaksiyanın rəsmi blankında olmalı və möhürlə təsdiqlənməlidir. Orada vaksinasiya olunacaq jurnalistlərlə bağlı informasiyalar (Adı, soyadı, atasının adı, doğum tarixi, şəxsiyyət vəsiqəsinin rekvizitləri, əlaqə vasitələri) yer almalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO