Fransa prezidenti Makron: “Biz təslim olmayacağıq!”

Fransa prezidenti Makron: “Biz təslim olmayacağıq!”

Hazırda oxunan: Fransa prezidenti Makron: “Biz təslim olmayacağıq!”

1885

Fransa prezidenti Emmanuel Makron Venada baş verən faciəyə münasibət bildirib.

“Biz fransızlar Venadakı hücumdan sonra avstriyalıların dərdini bölüşürük. Fransadan sonra hücuma dost ölkə məruz qalıb".

"Bu, bizim Avropamızdır. Bizim düşmənlərimiz bilməlidirlər ki, kimə ilişirlər. Biz təslim olmayacağıq”, - deyə Makron öz Twitter səhifəsində alman dilində qeyd edib".

Qeyd edək ki, ötən gecə Vena şəhərinin mərkəzində, Yəhudi sinaqoqunun yaxınlığında pulemyotdan açılan atəş nəticəsində yeddi nəfər ölüb, onlarla adam yaralanıb, girovların olduğu barədə də məlumatlar yayılmışdı.

Xatırladırıq ki, bundan əvvəl Fransada İslam peyğəmbərinin karikaturalarının yayılması ətrafında yaranmış və silsilə dəhşətli qətl hadisələri ilə müşaiyət olunan qarşıdurmalar başlamışdı. Prezident Makronun da mərkəzində dayandığı hadisələrin gərginliyi hələ sönməyib.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO