AzTV-nin müsahibə aldığı fransalı erməni jurnalist İrəvana buraxılmadı - VİDEO

AzTV-nin müsahibə aldığı fransalı erməni jurnalist İrəvana buraxılmadı - VİDEO

Hazırda oxunan: AzTV-nin müsahibə aldığı fransalı erməni jurnalist İrəvana buraxılmadı - VİDEO

188496

Fransada yaşayan erməni jurnalist Leo Nikolyan Ermənistana buraxılmayıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, videomüraciətində danışıb.

Qeyd edək ki, Leo Nikolyan bir müddət əvvəl Azərbaycan Televiziyasının (AzTV) “Siyasətin kvazimodosu” adlanan sənədli filmində demişdi ki, Fransa öz vətəndaşlarını Azərbaycanda casusluq etmək üçün bu ölkəyə göndərib.

Eyni zamanda o, Fransa prezidenti Emmanuel Makronun terror təşkilatı ilə əlaqələrindən danışıb. Erməni jurnalist Makronun onu erməni terror təşkilatlarının rəhbərlərilə hədələdiyini vurğulayıb.

Leo Nikolyan küçədə gördüyü Fransa prezidentini tənqid etdiyi üçün təqib edildiyini, 52 saat təcridxanada olduqdan sonra bir müddət Fransanı tərk edib Dubayda və İstanbulda yaşadığını bildirib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO