ACES-in baş katibi: “Bakıda möhtəşəm qonaqpərvərlik gördüm”

ACES-in baş katibi: “Bakıda möhtəşəm qonaqpərvərlik gördüm”

Hazırda oxunan: ACES-in baş katibi: “Bakıda möhtəşəm qonaqpərvərlik gördüm”

188265

“Şəhərinizdə möhtəşəm qonaqpərvərlik gördüm”.

Bizim.Media xəbər verir ki, bunu Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının (ACES Europe) baş katibi Hüqo Alonso Bakı şəhərinin dünyanın idman paytaxtına namizədliyi ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Qurum rəsmisi Bakının dünya paytaxtları arasında xüsusi nüfuzunun olduğunu və tanındığını bildirib: 

“Burada olduğumuz üçün şadıq. Mən və komandamızın digər üzvləri adından deyə bilərəm ki, paytaxtınız idman şəhəri kimi tanınır və irəli sürülən namizədliyin qəbul olunması üçün hər cür şərait mövcuddur. Məqsədimiz dünya paytaxtlarına idman dəyərlərini qatmaqdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO